• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Şərti düşmənin müvəqqəti sığınacaqlarını zərərsizləşdirildi

CƏMİYYƏT

10 Yanvar 2024 | 12:42

Şərti düşmənin müvəqqəti sığınacaqlarını zərərsizləşdirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir.

Bakıvaxtı.az MN-ə istinadən xəbər verir ki, plana uyğun olaraq, komandolar əldə edilən kəşfiyyat məlumatına əsasən daimi dislokasiya məntəqəsini tərk edərək şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi istiqamətində hərəkət ediblər.

Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən edilərək mühasirəyə alınması və zərərsizləşdirilməsi, yaralıların təxliyə edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Sərt iqlim şəraitində komando bölmələri ilə keçirilən taktiki-xüsusi məşğələlərin əsas məqsədi hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin tətbiq edilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026