• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycanda 8-ci sinif şagirdi ƏRƏ VERİLİR - VİDEO - YENİLƏNİB

CƏMİYYƏT

11 Dekabr 2023 | 12:52

Azərbaycanda 8-ci sinif şagirdi ƏRƏ VERİLİR - VİDEO - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kürdəmir rayonunun Muradxan kəndində 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar olaraq araşdırmalara başlayıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Mətbuat katibi bildirib ki, evliliyə cəlb olunduğu iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunub.

Onun sözlərinə görə, məktəbli qızın ərə verilməsi faktı təsdiqini tapmayıb: "Sadəcə olaraq ailələrin övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər".

"Yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasına cəlb edilməsinin yolverilməzliyi və qanunla qadağan olunduğunu hər iki şəxsin valideynlərinin diqqətinə çatdırılıb", - deyə T.Mərdanoğlu vurğulayıb.

Mətbuat katibi əlavə edib ki, məktəbli qız hazırda dərslərinə davam edir.

O həmçinin əlavə edib ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası nəzərdə tutulub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a açıqlama olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

***

09:50

Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş verib.

Qeyd edək ki, hər iki tərəfin bu evliliyi razılıqla qarşıladığı bildirilib.

Kürdəmir rayon sakinləri adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, azyaşlı qızların evləndirildiyini bildirilər: "Burda 8-9-cu sinif şagirdi olan qızların nişanlamnası adi hal alıb".

Bakıvaxtı.az məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərib.

Sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Əlavə məlumat veriləcək.

Aytac Aslan


SON XƏBƏRLƏR

07 Sentyabr 2024