• Bakı 30° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Məscidlərdə bayram namazı bu tarixdə qılınacaq - AÇIQLANDI

CƏMİYYƏT

11 Iyun 2024 | 10:53

Məscidlərdə bayram namazı bu tarixdə qılınacaq - AÇIQLANDI

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında bildirilib.

    Qeyd edilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 16-da məscidlərdə Qurban bayramının namazları qılınacaq:

    "Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah, səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq".


    SON XƏBƏRLƏR

    16 Iyun 2024