• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha 2 rayonun qazı KƏSİLƏCƏK

CƏMİYYƏT

11 Iyul 2024 | 09:41

Daha 2 rayonun qazı KƏSİLƏCƏK

“Yeni Suraxanı” QPS-də istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması və Nizami rayonu, Qara Qarayev prospekti 114 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 11.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Bakıvaxtı.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Suraxanı (Bülbülə və Yeni Suraxanı qəsəbələrinin) və Nizami rayonunun (Qara Qarayev prospektinin bir hissəsi və Bəhruz Nuriyev küçəsi) bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026