• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ETX saxta bilet satışı ilə bağlı xəbərdarlıq etdi

CƏMİYYƏT

09 Avqust 2024 | 19:44 | Müəllif: Subhan Mahmudov

ETX saxta bilet satışı ilə bağlı xəbərdarlıq etdi

Son günlərdə kiberdələduzlar tərəfindən vətəndaşlara qarşı ölkədə fəaliyyət göstərən müxtəlif teatr və sərgilər adından saxta bilet satışı şəklində dələduzluq həyata keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Məlumata görə, kiberdələduzlar sosial şəbəkə platformaları vasitəsilə “azdrama.online” adlı saxta veb-sayt adından saxta bilet satışı həyata keçirirlər.

Veb-sayta daxil olduqdan sonra vətəndaşlar bank kartı və digər fərdi məlumatların ələ keçirilməsi məqsədilə “3dsguard.online/payment/main” ünvanına yönləndirilirlər.

ETX vətəndaşlara rəsmi olmayan veb-saytlara etimad etməməyi, bank və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı məhsul və ya xidmətləri alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026