"Kanal D"-də yayımlanan "Çox Gözəl Hərəkətlər Bunlar"ın ulduzu Murat Eken onu görənləri təəccübləndirib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddətdir gözdən uzaq olan Murat Eken son forması ilə diqqət çəkib.
Qeyd edək ki, Murat Eken Koç liseyini bitirdikdən sonra ABŞ-da məskunlaşıb və orada maşın mühəndisliyi ixtisası üzrə təhsil alıb. Aktyorluğa marağı daha çox olan ulduz Türkiyəyə qayıtdıqdan sonra Müjdat Gezen Sənət Mərkəzinə yazılıb.
Uzun müddət səhnədən düşməyən Eken Yılmaz Ərdoğanın hazırladığı və təqdim etdiyi "Çox Gözəl Hərəkətlər" proqramı ilə tanınıb.
Yaraşığı ilə diqqət çəkən Eken xüsusilə "rus ruleti" eskizi ilə yadda qalıb. Onun “Gəl Türkiyə, başımıza vuraq” misrası o zamanlar çox məşhur idi.
Eşq həyatı ilə də maraq doğuran Murat Ekenin "Çox Gözəl Hərəkətlər" serialında rol aldığı Büşra Pekin ilə uzun müddət münasibəti olub. O, 2016-cı ildə Gizem Önenlə evlənib, lakin bu evlilik cəmi 5 il davam edib.
2015-ci ildə narkotik hadisəsi ilə gündəmə gələn Murat Eken bir müddət ekranlardan uzaq yaşamağa üstünlük verir. Teatr macərasını davam etdirən Ekenin final versiyası tamaşaçıları təəccübləndirib.
Murat Eken haqqında "Sənə bunu edən həyat bizə nə edir" və "O, komandanın ən parlaq adamı idi, ayıbdır" kimi şərhlər səsləndirilib.
Aytac Aslan












jpg-1668239285.webp)








