Türkiyənin məşhur aktyoru Nurgül Yeşilçay son görünüşü ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, performansı və gözəlliyi ilə hər dövrdə adından söz etdirməyi bacaran 46 yaşlı aktrisa 1 ayda 10 kilo arıqladığını açıqlayıb.
Daha çox zülalla qidalandığını deyən Yeşilçay sirrini bölüşüb: “16 saat ac qalıram, gözaltı torbalarım üçün yumurtanın ağını, selülitim üçün isə süzgəcli qəhvə qabığından istifadə edirəm”.
Aktrisa həftənin 3 günü idmanla da məşğul olur.
Aytac Aslan


















