• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Teylor Svift rejissorluq edəcək

MƏDƏNİYYƏT

10 Dekabr 2022 | 19:30 | Müəllif: Subhan Mahmudov

Teylor Svift rejissorluq edəcək

"Searchlight Pictures" şirkəti Teylor Sviftin ssenarisini yazdığı bədii filmi təqdim edəcək.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı təkcə filmin ssenaristi kimi deyil, həm də rejissoru kimi çıxış edəcək.

Gələcək lentin adı, eləcə də layihənin digər təfərrüatları hələ açıqlanmayıb.

Sviftin özü isə hələlik bu xəbəri şərh etməyib. Bir gün əvvəl sosial şəbəkələrdə o, yalnız əvvəllər qısametrajlı filmə rejissorluq etdiyini xatırladıb.

Sviftin rejissorluq debütü 2021-ci ilin payızında baş tutub. İfaçı 10 dəqiqəlik "All Too Well" filmini nümayiş etdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026