• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Eldar “Avroviziya”ya qayıdır

MƏDƏNİYYƏT

10 Dekabr 2022 | 23:27 | Müəllif: Subhan Mahmudov

Eldar “Avroviziya”ya qayıdır

Müğənni Eldar Qasımov "Avroviziya" Mahnı Müsabiqəsinin musiqi prodüseri olub. Belə ki o, "İctimai" televiziyanın "Avroviziya-2023"də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq barədə təklifini qəbul etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Eldar bununla bağlı instaqram hesabından paylaşım edib:

"Həyatımı 180 dərəcə dəyişdirən, 2011-ci ildən bəri məni "Avroviziya"yla bağlayan çox şey oldu. Xüsusilə, xoş xatirələr və emosiyalar. İndi isə vaxt (və dəvət) qəldi. Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. İTV-nin "Avroviziya-2023"də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim. Düzünü desəm, ağlımdan və könlümdən çox şey keçir, amma ən çox yenidən ürəyimi bu işə vermək istəyi...".

Xatırladaq ki, Eldar Qasımov Nigar Camalla birgə 2011-ci ildə sözügedən müsabiqənin qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026