• Bakı 27° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Lənət olsun  ədalətinizə" - Günel

MƏDƏNİYYƏT

09 Dekabr 2022 | 15:49

"Lənət olsun ədalətinizə" - Günel

22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsinə etiraz bildirən Möhsün Şikari adlı ifaçı edam edilib.

Bakıvaxtı.az xəbər verir ki, müğənni Günel Zeynalova onun ailəsinin edam anı küçədə çəkilən videosunu yayımlayıb.

"Lənət olsun sizin ədalətinizə. Gənc, günahsız gənclərin edama məhkum edildiyi üçün tez zamanda Allah cəzanızı versin. Gedin günahı olanları edam edin: qadınları vəhşicəsinə öldürənləri, uşaqlara təcavüz edənləri. Allahım sən yardım et. Bir ananın fəryadını Allah yanınızda qoymayacaq. Dünya eşitmir, görmür. Biri bunları dayandırsın. Gənc qardaşım, məkanın cənnət olsun. Gözəl səsin qulaqlarımdadır" deyə, Günel paylaşımında qeyde dib.

Qeyd edək ki, Möhsün Şikari ötən gün səhər saatlarında edam edilib. O, hakimi yaralamaqda günahlandırılıb. 

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi səbəbindən etiraz aksiyaları keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026