• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Müğənni hamiləliyini nümayiş etdirirsə, ona "həyasız" deyirlər"

MƏDƏNİYYƏT

07 Yanvar 2023 | 12:30

"Müğənni hamiləliyini nümayiş etdirirsə, ona "həyasız" deyirlər"

"Elə vaxtlar olub ki, çamadanla pul qazanmışam. Amma onları paylaşmağı bacarmışam. Elə olub ki, bir manat pulum olmayıb, onu da paylaşmağı bacarmışam. Mənəvi kimliyinin balansını mütləq qoruyub, saxlamalısan. Çünki ondan gözəl şey yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Açıq söhbət" verilişində deyib. Müğənni qazandığı pullardan danışıb. Qasımova gənc ifaçıları da tənqid edib:

"Əgər bir müğənni hamiləliyini, dəniz kənarında çimərlik geyimində özünü nümayiş etdirirsə, ona "həyasız" deyirlər. Yəni həyası olmayan deyirlər və ya fotosessiya edir, cürbəcür pozlarda bunun adı nədir? Gözəl geyinən müğənnilərimizi öpürəm. Amma müəyyən şeylər var ki, əndazəni keçməmək, qorumaq lazımdır".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026