• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şəbnəm Tovuzlu  Nura Surini yalan danışmaqda İTTİHAM ETDİ

MƏDƏNİYYƏT-ŞOU

04 Fevral 2023 | 12:26

Şəbnəm Tovuzlu  Nura Surini yalan danışmaqda İTTİHAM ETDİ

Müğənni Şəbnəm Tovuzlu həmkarı Nura Surinin onun haqqında dediyi "Mahnılarında səsinə effekt qoydurur" sözlərinə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda açıqlamasında danışan Şəbnəm onu yalan danışmaqda ittiham edib:

"Heç bir mahnıma effekt qoyulmur. Nura necə dinləyir bilmirəm. Bəzi səslər var - iranlı musiqiçilər, aranjimançıların istifadə etdiyi, onlara da icazə vermirəm. Canlı ifalarıma da qulaq assın, bunlara da. Aranjimanda effektdən istifadə etməmişəm". 

Qeyd edək ki, Nura Şəbnəm haqda "Şəbnəm Tovuzlunun bir obrazı var, ondan çıxmaq istəmir. Toyda canlı ifasını dinləmişəm, gözəl oxuyur. Amma mahnılarında effekt qoydurur səsinə. Nəsə edirlər, yaxşı deyil. Mənim zövqümdə deyil. Öz səsi ilə oxusaydı, daha fərqli ifaçı kimi qəbul olunardı. İndi qınaq olunmasının səbəbi də həmin effektdir" sözlərini deyib. /Axsam.az


SON XƏBƏRLƏR

25 Aprel 2024