• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xalq artistinin İsraildəki evi qarət olunub?

MƏDƏNİYYƏT

04 Mart 2023 | 10:24 | Müəllif: Subhan Mahmudov

Xalq artistinin İsraildəki evi qarət olunub?

Rusiyanın Xalq artisti Alla Puqaçovanın İsrailin Qeysəriyyə şəhərindəki evinin qarət edildiyi iddia olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilib ki, oğrular müşahidə kameralarını sındırıblar və evdən qiymətli əşyalar, həmçinin, 38 milyon rubl (təxminən 858 min manat) məbləğində pul oğurlayıblar.

"Московский комсомолец"in məlumatına görə Puqaçova şayiələri təkzib edib. O, vurğulayıb ki, sözügedən şəhərdə yaşamır və heç kim onun evini qarət etməyib.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb./axsam


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR