Müğənni Çingiz Mustafayev bu dəfə Birləşmiş Ərəb Əmirliyinə yollanıb.
Bakıvaxtı.az xəbər verir ki, Dubayda dincələn ifaçı şəklini instaqram izləyiciləri ilə bölüşüb.
Çingiz şəklə "Əgər siz həmişə yalnız düzgün seçim edirsinizsə, o zaman özünüzü daha da inkişaf etdirmək imkanından məhrum edirsiniz" sözlərini yazıb.
Qeyd edək ki, Çingiz bundan əvvəl uzun müddət Rusiyada, daha sonra Balidə yaşayıb.


















