Türkiyəli məşhur aparıcı Ceyda Düvənci səhhətində problem yaşayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Belə ki, Ceyda "Bambaşqa söhbətlər" verilişinin aparıcısıdır. Onun canlı yayım sırasında səhhəti pisləşib. Anında xəstəxanaya çatdırılan aparıcı birgün sonra evə buraxılıb.
Yaşanan hadisənin ardınca C.Düvənci sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib: "Bu gün evimə göz gəzdirib şükür edərkən həyatımın hər cəhətdən məni xoşbəxt edən təfərrüatlarını sizinlə bölüşmək istədim... Bunlar ilk dəyərli detallardır. Əzizim Mehmet Gürelinin əsərləri... Mehmet Güreli yazıçı, rəssam, musiqiçi, rejissor, ssenarist, aktyordur..."
Qeyd edək ki, Ceyda Düvənci ən son boşandığı əri Bülənt Şakrakla barışmağı ilə gündəmə gəlmişdi.
Xəyalə Rza

















