Xəstəxanada müalicə aldıqdan sonra evə buraxılan amerikalı ulduz Madonna dünya turuna başlayıb.
Bakıvaxtı.az xarici mətbuara istinadla xəbər verir ki, o, noyabrda Parisdə, dekabrda Kanadanın Monreal şəhərində çıxış edəcək. Apreldə Meksikada qastrollarını başa vurmazdan əvvəl Madonna Britaniya tamaşaçıları qarşısında çıxış edib.
Müğənni dörd konsertinin birincisində müəyyən problemlər yaşayıb. Belə ki, səhnəyə qalxdıqdan sonra mədəsində yaranan problem səbəbindən şounu qısa müddətə dayandırmaq məcburiyyətində qalıb.
Daha sonra səhnəyə şıxan Madonna "Don't Cry For Me" mahnısını oxumazdan əvvəl Ukrayna bayrağına brünüb.
Fələstin-İsrail münaqişəsindən də danışan müğənni baş verənləri seyr edərkən hamının əziyyət çəkdiyini qeyd edib: "Uşaqların, yeniyetmələrin, qocaların necə əziyyət çəkdiyini görəndə ürəyim parçalanır. Bütün bunlar ürək ağrıdır”.
Nərgiz Məmmədli
















