• Bakı 15° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Mətbəxdən gələn pis qoxulardan bu yollarla XİLAS OLUN

CƏMİYYƏT

05 May 2025 | 16:25

Mətbəxdən gələn pis qoxulardan bu yollarla XİLAS OLUN

Mətbəx yuyucu çanaqları içərisində yağ və kirin yığılması nəticəsində pis qoxular yarana bilər. Bu qoxular bütün evə yayılaraq xoşagəlməz atmosfer yaradır. Buna görə də problemin təbii yollarla aradan qaldırılması vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, təbii üsullarla yuyucu çanaqdakı qoxulardan qurtulma yolları bunlardır:

Sirkə və karbonat: 1 stəkan karbonatı yuyucu çanağa tökün, üzərinə 1 stəkan sirkə əlavə edin. Köpürmə dayandıqdan sonra 10 dəqiqə gözləyin və yavaşca isti su tökün.

Limon qabığı: Limon qabıqlarını rəndələyin və yuyucu çanağa əlavə edin. Üzərinə isti su tökün. Təbii və təravətli qoxu yayılacaq.

Duzlu isti su: 3-4 xörək qaşığı iri duzu yuyucu çanağa tökün, üzərinə isti (qaynar olmayan) su əlavə edin. Qalıqları təmizləyərək pis qoxunu yox edəcək.

Çay ağacı yağı: 10-12 damla çay ağacı yağını yuyucu çanağa damladın, sonra üzərinə isti su tökün. Antibakterial təsiri ilə qoxunu aradan qaldıracaq.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR