• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Narkoloji Mərkəzdən valideynlərə MÜRACİƏT: Əgər uşağınızın ətrafında...

CƏMİYYƏT

04 Iyun 2025 | 15:35

Narkoloji Mərkəzdən valideynlərə MÜRACİƏT: Əgər uşağınızın ətrafında...

"Xəstəlik varsa, gec-tez insan təbabətə müraciət edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov deyib.

Onun sözlərinə görə, əgər insanlar hansısa xəstəlikdən əziyyət çəkirlərsə, vaxtında müalicə almalıdırlar.

Həkim valideynlərə müraciət edib:

"Biz gələcək nəsilləri qorumalıyıq. Xahiş edirəm ki, əgər uşaqlarının ətrafında davranışından şübhələndikləri biri varsa, ondan uzaqlaşdırsınlar. Bundan başqa, əgər siqaret iyi hiss edirlərsə, bu zərərli vərdişdən çəkindirsinlər".

F.Sadıqov qeyd edib ki, belə hallarda mütəxəssislərə müraciət etməkdən çəkinməmək lazımdır:

"1-2 il əziyyət çəkmək lazımdır ki, 1 ömür peşmanlıq yaşanmasın".

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyun 2025