• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Mətbuat Şurasının qurultayı niyə gecikir? – AÇIQLAMA

MEDİA

11 May 2022 | 12:01

Mətbuat Şurasının qurultayı niyə gecikir? – AÇIQLAMA

Azərbaycan Mətbuat Şurasının (MŞ) VIII qurultayının keçirilməsi geçikir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, qurultayın keçirilməsi müzakirə olunmayıb.

“Qurultayın keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılacaq”, - deyə Ə.Amaşov bildirib.

“Bu il qurultay gözlənilirmi?” sualına Ə.Amaşov belə cavab verib: “Bu barədə açıqlama verə bilməyəcəm”. 

O Mətbuat Şurasının İdarə Heyətindən istefa verən Bahəddin Həziyev və Cavanşir Feyziyevin yerinə ehtiyat üzvlərin həqiqi üzv olduqlarını deyib. Amma Ə.Amaşov İdarə Heyətinin yeni həqiqi üzvlərinin adını açıqlamayıb. 

Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Mətbuat Şurası hazırkı İdarə Heyətinin üzvləri və sədri 2018-ci ildə seçilib.  

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə görə, Şuranın Sədri Qurultay tərəfindən İdarə Heyətinin üzvləri arasından 4 il müddətinə gizli səsvermə yolu ilə seçilir.

İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 (dörd) ildir. Həmin müddətin bitməsinə iki ay qalmış sədr yeni namizədlərin təqdim olunması barədə müraciət edir. Yeni namizədlərin təqdim olunması prosesi növbəti qurultaya üç həftə qalmış dayandırılır. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR