• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Metrodan istifadə edən sərnişinlərin sayı artıb

CƏMİYYƏT

27 Noyabr 2024 | 10:30

Metrodan istifadə edən sərnişinlərin sayı artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 6,2 % artıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 188,9 milyon nəfər olub.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.

Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025