• Bakı 10° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Yeni Klinikanın direktor müavini: Yaralılardan biri reanimasiyaya yerləşdirilib

CƏMİYYƏT

27 Dekabr 2024 | 00:14

Yeni Klinikanın direktor müavini: Yaralılardan biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.

Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiya şöbəsinə yerləşdirilib.

"Təqribən 3-4 nəfərin vəziyyəti orta ağırdır. Hal-hazırda dəyərləndirmə aparılır. Digərləri isə kafi vəziyyətdədir. Xəstələrin əksəriyyəti 24-48 saatlıq müşahidədən sonra evə buraxıla bilərlər", - direktor müavini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.


SON XƏBƏRLƏR