• Bakı 16° C

    2.25 m/s

Millimizin Superfinaldakı oyunlarının təqvimi müəyyənləşdi

İDMAN

05 Sentyabr 2023 | 11:08

Millimizin Superfinaldakı oyunlarının təqvimi müəyyənləşdi

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı bəlli olub.

Milli sentyabrın 19-da, Bakı vaxtı ilə saat 12:15-də Türkiyə ilə üz-üzə gələcək.

Bir gün sonra eyni saatda rəqib Rumıniya olacaq. Yığma sentyabrın 21-də, saat 16:00-da isə İsveçrəni sınağa çəkəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR