• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Minaya düşən şəxsin nəşi ərazidən çıxarıldı

HADİSƏ

16 Noyabr 2021 | 12:19 | Müəllif: Subhan Mahmudov

Minaya düşən şəxsin nəşi ərazidən çıxarıldı

Ağdamın işğaldan azad olunan Tağıbəyli kəndində minaya düşən şəxsin nəşi ərazidən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində həlak olan Ağayev Zaur İsa oğlunun nəşini ərazidən çıxartmaq mümkün olub. Mərhumun nəşi ailəsinə təhvil verilib.

Xatırladaq ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdam rayon prokurorluğunda aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026