• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Su kanalından MEYİT TAPILDI

HADİSƏ

16 Dekabr 2021 | 12:11

Su kanalından MEYİT TAPILDI

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1965-ci il təvəllüdlü Kərimov İlqar Namət oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026