Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, belə ki, 32 yaşlı Vəliyev Etibar Zalış oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücünün 2017-ci il təvəllüdlü oğlu Vəliyev Zalış Etibar oğlu həyatını itirib.
Xəstəxanaya gələn kənd sakinləri bildiriblər ki, sürücü Etibar Vəliyev qəzanı törətməmişdən əvvəl içki məclisində olduğu və içkili avtomobili idarə edib (trend).
Faktla bağlı araşdırma başlanıb.
















