• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

MİQ-in müsahibə mərhələsinin mövzuları AÇIQLANDI

CƏMİYYƏT

01 Avqust 2024 | 15:55

MİQ-in müsahibə mərhələsinin mövzuları AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Xatırladaq ki, MİQ imtahanlarında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılıblar.

İyulun 31-də başlayan vakansiya seçimi avqustun 5-i saat 11:00-dək davam edəcək.

Namizədlər 8 vakant yer seçə bilərlər.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025