• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sentyabrda hava yağmursuz keçəcək

CƏMİYYƏT

31 Avqust 2024 | 12:40

Sentyabrda hava yağmursuz keçəcək

Bakıda və Abşeronda sentyabrda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq.

Milli Hidrometrologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026