• Bakı 20° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Polşada vəfat edən tələbənin nəşi Bakıya gətirilərək dəfn edildi

CƏMİYYƏT

30 Sentyabr 2024 | 09:34

Polşada vəfat edən tələbənin nəşi Bakıya gətirilərək dəfn edildi

Bir neçə gün əvvəl Polşada vəfat edən azərbaycanlı tələbə Xəzər Cabbarlının nəşi Bakıya gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, magistr təhsili aldığı Krakov şəhərində müəmmalı şəkildə vəfat edən Xəzər Bakıda dəfn edilib.

Qeyd edək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub.

Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.

Onun atası Azər Cabbarov Laçın rayon 31 nömrəli tam orta məktəbin direktorudur.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR

29 Sentyabr 2024