• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azyaşlıya qarşı əxlaqsızlıq edən qardaşlar SAXLANILDI

CƏMİYYƏT

29 Oktyabr 2024 | 22:21 | Müəllif: Subhan Mahmudov

Azyaşlıya qarşı əxlaqsızlıq edən qardaşlar SAXLANILDI

Xəzər rayonunun Türkan qəsəbəsində azyaşlı qıza cinsi qısnama xarakterli hərəkətlər edilib.

Bakıvaxtı.az-ın Bizim.Media-a istinadən məlumatına görə, yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilən əməli törədən paytaxt sakinləri 20 yaşlı İ.Məmmədov, qardaşı 22 yaşlı E.Məmmədov və tanışları 19 yaşlı A.Məmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb ediliblər.

Hazırda araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026