• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

32 göyərçin ovladı, ov hüququ əlindən alındı

CƏMİYYƏT

28 Noyabr 2024 | 21:32

32 göyərçin ovladı, ov hüququ əlindən alındı

Ağcabədi rayonunun Salmanbəyli kəndində göyərçin ovlayan şəxsə cəza verilib. 

Bakıvaxtı.az xəbər verir ki, 1989-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş G.F. qadağan edilmiş yerdə ov etdiyi üçün saxlanılıb.

O, qadağan edilmiş yerdə 12 kalibrli silahla 32 ədəd göyərçin, 2 ədəd qumru quşu, bir ədəd bildirçin ovlayıb. G.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərətib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə ov hüququ məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025