Miqrenin ən zəiflədən simptomlarından biri olan fotohəssaslığın inkişafında əsas rol oynayan NEAT1 molekulunu tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri The Journal of Headache and Pain (JHP) jurnalında dərc olunub.
Araşdırmanı Böyük Britaniya, Avstraliya və Çindən olan beynəlxalq alimlər qrupu aparıb. NEAT1 uzun kodlaşdırmayan RNT, zülalların yaradılmasında iştirak etməyən, lakin genləri və hüceyrə proseslərini tənzimləyən bir molekuldur. Məlum olduğu kimi, NEAT1 sinir sistemində iltihab və stress reaksiyalarında iştirak edir. Lakin onun miqren və fotofobi ilə əlaqəsi ilk dəfə bu işdə ətraflı öyrənilib.
Təcrübələr zamanı alimlər xüsusi kimyəvi birləşmədən istifadə edərək laboratoriya siçanların da fotohəssaslıq yaradıblar. Miqren ağrısı ilə əlaqəli sinir sisteminin bir bölgəsi olan trigeminal ganglionun təhlili, işığa həssaslığın artması ilə NEAT1 səviyyələrinin kəskin şəkildə artdığını ortaya qoyub.
Xi'an Jiaotong Universiteti-Liverpul Universitetinin fəlsəfə doktoru və tədqiqatın aparıcı müəllifi Zhuoan Huang qeyd edib ki, NEAT1 fəaliyyətini maneə törədilən zaman siçanların işığa həssaslığı əhəmiyyətli dərəcədə azalıb, bu da bu molekulun birbaşa rol oynadığını göstərir.
Əlavə təhlillər NEAT1-in Trpm3 genini tənzimləyən mikroRNT olan miR-196a-5p ilə qarşılıqlı əlaqədə olduğunu ortaya qoyub. Trpm3 ağrı siqnalında iştirak edən bir protein istehsal etməkdən məsuldur. Artan NEAT1 səviyyələri miR-196a-5p-ni pozur, bu da Trpm3 aktivliyinin artmasına, sinir həssaslığının artmasına və işığa daha ağrılı reaksiyaya səbəb olur.
Trpm3-ün bloklanması siçanlarda işığa həssaslığı da əhəmiyyətli dərəcədə azaldıb. Bu kəşf miqrenin müalicəsində yeni terapevtik yanaşmalar üçün əsas ola bilər.
Alimlər vurğulayırlar ki, təcrübələr erkək siçanlar üzərində aparılıb, insanlarda isə miqren daha çox qadınlarda diaqnoz qoyulur. Bu baxımdan, klinik şəraitdə könüllülər üzərində nəticələri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Fuad Tağıyev
BDU-nun Jurnalistika fakültəsinin İV kurs tələbəsi
Bakıvaxtı.az