Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferi haqqında danışıb.
Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı futbolçunu tərifləyən 2-ci Bundesliqa təmsilçisinin məşqçisi Emrelinin yaxşı təcrübəyə malik olduğunu bildirib:
"Mahiri komandaya gətirməklə bizdə çatışmayan, bir az fərqli keyfiyyətləri olan, yaxşı bir oyunçu qazandıq. Onun yaxşı təcrübəsi var. Emreli ikinci liqanın fiziki tələbatına cavab verən möhkəmliyə malikdir. Robin Knok (digər yeni transfer - red.) kimi əla xarakterə sahibdir. O, çox yaxşı futbolçudur. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir".
Qeyd edək ki, "Nürnberq" Mahir Emreli ilə 1 illik müqavilə imzalayıb.












jpg-1725687538.webp)



