• Bakı 20° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Mirzoyan Borrellə “humanitar böhran”dan şikayətləndi

DÜNYA

03 Avqust 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Mirzoyan Borrellə “humanitar böhran”dan şikayətləndi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlama yayıb.

Mirzoyan Borrellə Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində məskunlaşan erməni icmasının “humanitar böhran”la üzləşdiyi haqda ənənəvi erməni təbliğatına uyğun məlumat verib.

Həmsöhbətlər regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Mirzoyan Meşəli qətliamının günahkarlarından olan Vaqif Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən həbs edilməsini “humanitar hüququn kobud şəkildə pozulması” adlandırıb. O, buna qarşı beynəlxalq birliyi yardıma çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026