• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Danimarka bu ölkələrə yardımını artıracaq

DÜNYA

02 Sentyabr 2023 | 00:50 | Müəllif: Subhan Mahmudov

Danimarka bu ölkələrə yardımını artıracaq

Danimarka 2024-cü ildə Ukrayna, Gürcüstan və Moldovanın inkişafı üçün ayrılan yardımın həcmini artıracaq .

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib  .

Nazirliyin məlumatına görə, vəsait Ukraynada vətəndaş təşəbbüslərinin inkişafı və kritik infrastrukturun bərpası üçün istifadə olunacaq  . Yardım Gürcüstan və Moldovada demokratikləşmə proseslərinin dəstəklənməsinə də yönələcək. Danimarka Xarici İşlər Nazirliyi bu məqsədlər üçün ümumilikdə 1,5 milyard kron (217 milyon dollardan çox) ayrılacağını açıqlayıb.

Avqustun 22-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, onun Avropaya son səfərləri zamanı Kiyevə dörd yeni hərbi yardım paketinin göndərilməsi ilə bağlı razılıq əldə etmək mümkün olub , həmçinin F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı qərar var. Siyasətçi xatırladıb ki, onlar Danimarka və Hollandiyadan qırıcıların ilk çatdırılmasının konkret miqdarını razılaşdıra biliblər .

Sentyabrın 1-də Danimarka Xarici İşlər Nazirliyinin saytında Rusiyanın bu ölkədəki səfirliyinin işçilərinin sayını Danimarkanın Moskvadakı səfirliyinin səviyyəsinə uyğun olan səviyyəyə endirmək qərarı ilə bağlı mesaj  yayılıb .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026