• Bakı 13° C

    8.42 m/s

Blinkendən Ankaradakı terror aktı ilə bağlı bəyanat

DÜNYA

01 Oktyabr 2023 | 20:25

Blinkendən Ankaradakı terror aktı ilə bağlı bəyanat

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) dərc olunmuş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bu gün Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - bəyanatda bildirilir.

Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir və NATO tərəfdaşı olan Türkiyəni və türk xalqını qəti şəkildə dəstəkləyir”.


SON XƏBƏRLƏR

30 Noyabr 2023