• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Casusluqda ittiham edilən sabiq Baş prokuror vətəndaşlıqdan çıxarıldı

DÜNYA

31 Oktyabr 2023 | 19:02 | Müəllif: Subhan Mahmudov

Casusluqda ittiham edilən sabiq Baş prokuror vətəndaşlıqdan çıxarıldı

Sabiq Baş prokuror Otar Partsxaladze Gürcüstan vətəndaşlığından məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında məlumat verib.

O, sabiq Baş prokurorun vətəndaşlığının ləğv edilməsi ilə bağlı bütün prosedurların tamamlandığını bildirib.

Qeyd edək ki, müvafiq qərar ABŞ Dövlət Departamentinin Otar Partsxaladzeni Rusiyaya tətbiq edilən sanksiyalar siyahısına əlavə etməsindən sonra oktyabrın 17-də Prezident Salome Zurabişvili tərəfindən qəbul edilib. Dövlət Departamenti Rusiya-Gürcüstan ikili vətəndaşlığına malik Otar Partsxaladzenin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqələri olduğunu və onun Gürcüstanda cəmiyyətə və siyasətə Moskvanın xeyrinə təsir etdiyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026