• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qəzzadan köçürülənlərin sayı 1,8 milyona çatıb

DÜNYA

30 Noyabr 2023 | 16:05

Qəzzadan köçürülənlərin sayı 1,8 milyona çatıb

Qəzza zolağında köçürülən insanların sayı 1,8 milyon nəfərə çatıb. Bu, anklav sakinlərinin təxminən 80%-ni təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu cür qiymətləndirmələr BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin  məlumatında verilir.

“Təxmin edilir ki, Qəzzada 1,8 milyona qədər insan və ya əhalinin demək olar ki, 80%-i məcburi köçkündür”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, məcburi köçkünlərin dəqiq hesablanması çətindir:

“Çünki köçkünlərin bir hissəsi onları qəbul edən ailələr ilə yaşayır, digər hissəsi isə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin sığınacaqlarında rəsmi qeydiyyatda qalmaqla atəşkəs zamanı öz evlərinə qayıdıb, davam edir”.


SON XƏBƏRLƏR

26 Iyul 2024