• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

NATO-dan Bakı-İrəvan münasibətləri ilə bağlı AÇIQLAMA

DÜNYA

30 Dekabr 2023 | 00:24 | Müəllif: Subhan Mahmudov

NATO-dan Bakı-İrəvan münasibətləri ilə bağlı AÇIQLAMA

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.

O qeyd edib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həm Avropa İttifaqının, həm ABŞ-ın, eləcə də Azərbaycan və Ermənistanın ikitərəfli qaydada atdığı addımları dəstəkləyir.

Kolomina həmçinin xatırladıb ki, bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.

“Biz öz dəstəyimizi davam etdirəcəyik və ən yaxşısına ümid edəcəyik. Əsas odur ki, Qafqazda sabitlik təkcə bizim Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanın gətirə biləcəyi sabitlik hesabına qorunur”, - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026