• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

“Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib

DÜNYA

28 Yanvar 2024 | 23:39

“Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib

Nastya İvleyevanın "Mutabor" klubunda keçirdiyi "Çılpaq gecə" barədə Rusiya Prezidenti Vladimir Putinə rejissor Nikita Mixalkov xəbərçilik edib.

Bakıvaxtı.az xəbər verir ki. bu sözləri rusiyalı tanınmış jurnalist Kseniya Sobçak deyib.

O iddia edib ki, Mixalkov Putinə "666 və şeytan partiyası haqqında şərh"in müşayiəti ilə hadisədən video da göstərib.

"Putin ona hörmət edir, onu sevir və Mixalkov lazım olanda öz mövqeyini çatdırmaq, arqumentlər gətirmək, öz nöqteyi-nəzərini təqdim etmək və inandırmaq qabiliyyətinə malikdir. Ona görə də hakimiyyətdən belə sərt reaksiya oldu", - Sobçak deyib.

Qeyd edək ki, "Çılpaq gecə" qalmaqalı rusiyalı ziyalıların da reaksiyasına səbəb olmuş, hətta bu gecədə iştirak edən Filipp Kirkorovdan "xalq artisti" adının geri alınması tələb edilmişdi./axar.az


SON XƏBƏRLƏR