• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mübahisə etdiyi qızını küçənin ortasında öldürdü

DÜNYA

27 Fevral 2024 | 22:53 | Müəllif: Subhan Mahmudov

Mübahisə etdiyi qızını küçənin ortasında öldürdü

Adanada atasının bıçaqladığı gənc qız müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az bildirir ki, hadisə Yüreğir rayonunun Anadolu məhəlləsində  baş verib. İddiaya görə, 54 yaşlı Turhan Ö. narkotik maddə satdığını və istifadə etdiyini iddia etdiyi 19 yaşlı qızı Dilan Ö. ilə mübahisə etməyə başlayıb.

Küçənin ortasında başlayan mübahisə davaya çevrilib. Dava zamanı ata qızına qarın və döş nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Gənc qız qan içində yerə yıxılarkən, ata hadisə yerindən qaçıb. Dilan Ö. ətrafdakı vətəndaşlar tərəfindən xüsusi xəstəxanaya aparılıb.

Xəstəxanada edilən ilk müdaxilənin ardından gənc qız Yüreğir Dövlət Xəstəxanasına köçürülüb. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq gənc qız dünyasını dəyişib. 

Turhan Ö. tutularaq istintaqa təhvil verilib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026