• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

DÜNYA

28 Mart 2024 | 21:13

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə report-a açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR