• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir yola bitum dağıldı - VİDEO

HADİSƏ

27 Aprel 2024 | 11:34

Daha bir yola bitum dağıldı - VİDEO

Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Bakıvaxtı.az-ın Oxu.az-a istinadən məlumatına görə, bitum maddəsini daşıyan “KamAZ” markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb.

Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolun ortasında qalıb. Bu da, sürücülər üçün əlavə problem yaradıb.

Qeyd edək ki, sözügedən ərazidə sürücülər üçün xəbərdarlıqla bağlı heç bir nişan qoyulmayıb.

Xatırladaq ki, aprelin 6-da Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli bitum dağılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026