• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapıldı - DİN

HADİSƏ

27 May 2024 | 11:09

İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapıldı - DİN

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mayın 5-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 1941-ci il təvəllüdlü qadın tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Həmçinin mayın 23-də paytaxtın Səbail rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2010-cu il təvəllüdlü qız, mayın 23-də Mingəçevir şəhərində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 2002-ci il təvəllüdlü qadın və mayın 25-də Masallı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2005-ci il təvəllüdlü qız tapılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024