• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Naxçıvanda selin yaratdığı fəsadlar aradan qaldırıldı - YENİLƏNİB

HADİSƏ

26 Iyun 2024 | 00:40

Naxçıvanda selin yaratdığı fəsadlar aradan qaldırıldı - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kəndləri ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

 

21:33

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi bölgələrində qeyri-sabit hava şəraiti hökm sürür.

Bakıvaxtı.az xəbər verir ki, güclü yağış və sel Şahbuz rayonunda dağıntı və fəsadlar törədib. Rayonun Ayrınc və Kükü kəndlərinə gedən yollar keçilməz hala düşüb.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024