• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Xocalıda yük maşını aşdı - Sürücü öldü

HADİSƏ

25 Iyul 2024 | 19:29

Xocalıda yük maşını aşdı - Sürücü öldü

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 11 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocalı rayonu Sığnaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təmkin Şahpələngəvon idarə etdiyi “Shacman” markalı yük maşını idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə Regional qrupunun rəhbəri Eşqin Qasımov faktı təsdiqləyib və araşdırma aparıldığını bildirib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024