• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Xırdalanda intihara cəhdin qarşısı alınıb

HADİSƏ

24 Avqust 2024 | 11:24

Xırdalanda intihara cəhdin qarşısı alınıb

FHN-in xilasediciləri intihara cəhd edən şəxsi xilas ediblər.

FHN-nin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dümnən gecə saatlarında bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı mənzilin eyvanına çıxaraq intihara cəhd edib.

    Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

    Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
    
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1983-cü il təvəllüdlü M.Seyidova yaşadığı onikimərtəbəli binanın 4-cü mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.

    Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Əvvəlcədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən M.Seyidova qurulmuş xilasetmə yastığı vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026