• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qobustanda yanğın oldu - Heyvanlar xilas edildi

HADİSƏ

22 Sentyabr 2024 | 21:43 | Müəllif: Subhan Mahmudov

Qobustanda yanğın oldu - Heyvanlar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 1ha sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqdakı məktəb binası və fərdi yaşayış evləri yanğından mühafizə olunub. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən 20 baş iribuynuzlu heyvan yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026