• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

HADİSƏ

27 May 2024 | 09:19

Azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 40 avtomat silahı, 8 tapança, 3 pulemyot, 15 tüfəng, 62 qumbara, 2 qumbaraatan, 1 mərmi, 2 partlayıcı, 30 alışdırıcı, 183 patron darağı, 10151 ədəd müxtəlif çaplı patron, 32 ədəd süngü-bıçaq və digər sursatlar, Ağdərə, Qubadlı, Tərtər, Ağdam, Cəbrayıl, Kəlbəcər və Xocalı rayonları ərazisindən isə ümumilikdə 1 pulemyot, 1 tapança, 16 qumbara, 1 qumbaraatan, 7 mərmi, 1 mina, 6 patron darağı və 779 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən bilidirlib.

    Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026