• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Məhkəmədən Əziz Orucovla bağlı QƏRAR 

HADİSƏ

25 Iyun 2024 | 13:50

Məhkəmədən Əziz Orucovla bağlı QƏRAR 

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Bu barədə Report.az-a onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024