• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Maşın oğruları tanınmış aktyoru öldürdülər

HADİSƏ

27 May 2024 | 10:49 | Müəllif: Qalib İbrahimoğlu

Maşın oğruları tanınmış aktyoru öldürdülər

“General Hospital” serialının ulduzu Conni Vaktor həlak olub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə atışma zamanı qeydə alınıb.

Məlumata görə, ABŞ-da məşhur seriala çəkilən Vaktorun avtomobilindən bahalı hissəni oğurlamağa çalışan 3 maskalı şəxs aktyora atəş açıb.

Səhər saatlarında şəhər mərkəzində baş verən hadisədə C.Vaktorun xəstəxanaya aparıldığı, bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi, hücum edənlərin isə qaçdığı bildirilir.

2020-2022-ci illər arasında “General Hospital”ın 164 seriyasında Brando Corbin obrazını canlandıran Vaktor, daha sonra bir çox filmlədə rol alıb. Vaktorun ölümündən sonra serialın yayımlandığı ABC kanalı sosial media platformasında açıqlama verib.

İlkin Mustafayev

BDU-nun tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026